Parlament seçkiləri ilə bağlı bildirişlərin seçicilərə paylanması prosesi başa çatır

1-02-2020, 08:27

Məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi bu gün başa çatır.
Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, Asmedia.az xəbər verir ki, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndinə əsasən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi səsvermə gününə 7 gün qalanadək başa çatmalıdır.
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bu proses 2 fevraladək olan dövrü əhatə edir.


İstifadəçi paneli