ERMƏNİLƏR QƏTNAMƏNİ NİYƏ İCRA ETMİR?

21-02-2020, 21:31

Dövlət adından çıxarılmış qətnamə hüquqi dövlət axtarır...
       11 ildir heç bir hüquqi əsas olmadan, mülahizə və ehtimallarla  ƏNPX-nın həbsxanalarında girov saxlanılan vicdan məhbusu, Qarabağ Qazisi, İdeal media qrupunun rəhbəri Nazim Quliyev Dövlət başçısına, Milli Müstəqil və Beynəlxalq Media Qurumlarına müraciət etmişdir. Müraciətdə deyilir ki:
28 ildir ki, torpaqlarımız kimi, torpaq-vətən-dövlətçilik idealları uğrunda həyatından keçmiş passioner patriotların fundamental konstitusion hüquqları ilhaq və işğal altındadır. Azərbaycan Respublikası adından 06 mart 2014-cü il tarixdən çıxarılmış (AR Konstitusiyası maddə 129) “Qətnamə” imitasiya-spekulyasiya, simulyasioya tıxacında, hüquqi dövlət, demokratiya, vicdanlı Rüşvət Çəlləyində qıcqırmamış məmur axtarışındadır.
       Yüzlərdə müvafiq dövlət qurucularının rəhbərlərinə etdiyimiz “şikayətlər” Gülyaların, Sevaların, Aykaların cavabsız atəşlərilə - hüquqi dövlətə totalitarizm rəqsi oynatdırırlar.
       Təkrarən bilinsin ki, övladımın toy günü barəmdə həbs axtarış qərarı seçən varseniqin vələdüzünalarının faşizm xislətindən bəhrələnən “AM” şurasının üzvü Əli Həsənov 20 dekabr 2008-ci il tarixdə Anamın yaşadığı ünvana gələrək, Prezidentin şəxsi mühafizə xidmətinin rəisi cənab Bəylər Eyyubov tərəfindən göndərildiyini bildirərək, girovluqdan dərhal azad olunmağımdan ötrü Baş Prokuror Qaralov Zakirə 30 000 (otuz min) ABŞ dollarının verilməsinin vacibliyini vurğulayaraq pulu alıb yoxa çıxmışdır. 2008-2014-cü il dövrlərədək qanqster Hacı Məmmədovun sələfləri dələduz Əli Həsənovdan 70 000 (yetmiş min) ABŞ dolları rüşvət alıb 06 il müdafiə-mühafizə etsələr də, 06.03.2014-cü il tarixdə Hakim Namiq Cəfərovun şəxsində ədalət qismən də olsa bərqərar edildi və 30 000 (otuz min) ABŞ dollarının qaytarılması Qət edildi. 
       Azərbaycan Respublikası adından çıxarılmış “Qətnamə”nin icrası Nəsimi rayon icra və probasiya şöbəsində 6 ildir ki, bürokratizmin rüşvət karuselində haqq-ədalət-hüquq-qanun deyə hayqırır.
       Anarxizm kontekstində, Azərbaycan Respublikası Konstitusiyasının 6, 7, 8, 12, 71, 129, 147, 149-cu maddələrinin norma və prinsiplərini rəhbər tutaraq Azərbaycan Respublikası adından çıxarılmış “Qətnamə”nin icrası üzrə Ədliyyə Nazirliyi İcra Baş idarəsinə və Nəsimi icra-probasiya şöbəsinin Rüşvət Çəlləyinə Prezidentin ehtiyat Fondundan və ya Heydər Əliyev Fondundan pul ayırmağınızı təkrarən Sizdən xahiş edirəm!
Səid Türkel


İstifadəçi paneli