Kim Qarabağ Qazisindən qisas alır???

4-02-2020, 21:22

Nazim Quliyevin həyatı real təhlükə qarşısında...
Ölkəmizi qaranlıq üsullarla idarə edən insan-qanun-namus alverçilərinin Nazim Quliyevə qarşı hücumları səngimədən bitmir. Geniş hakimiyyət resurslu konsentrik dairələr arasında məkirli kompramat savaşı prezidentin administrasiyasında müzakirə obyektidir.
Dövləti obyekt kimi istismar edən hər iki tərəf Nazim Quliyevi öz obyektində görmək istəmirlər. 11 illik girovluq müddətində Nazim Quliyevə qarşı ən alçaq və iyrənc üsullarla təxribat törədənlər nəhayət ki, onun azadlığa buraxılmasını məqsədə müvafiq hesab etsələr də, qarşı tərəf, yəni ədalətin bərqərar olunacağı ünvanları xəyanət yuvasına, qanunçuluq bazasını istifadə limitləri tükənmiş şər və böhtançılardan təşkil edilmiş appendiks orqanlar despotizm fəlsəfəsi üzrə veto qoymuşlar. Səbəbi Nazim Quliyevin dövlət içərisində rəzil dövlət qurmuş cinayətkar birliklər barəsində müfəssəl məlumatlara malik olmasıdır. Qarabağ müharibəsində qazandığı ağır bədən xəsarətləri, o cümlədən qəlpənin yaratdığı ciddi fəsadların müalicə olunması zərurəti yaransa da, dövlətə xidmət edənlər buna əməl etmir, Nazim Quliyev təkcə fiziki-mənəvi işgəncələrlə deyil, eyni zamanda tibbi işğəncələr məntəqəsində əzab çəkir. 
Prezidentə, Birinci Vitse Prezidentə ünvanlanan bütün müraciətlər sabotaj edilir, alver və yaxud da gülüş obyektinə çevrilir.
Mehriban Əliyeva


İstifadəçi paneli