Analoqu olmayan ata-lı hökümət

15-04-2020, 20:54

                                                                                        HÜQUQUN TƏKZİBOLUNMAZ YADDAŞI


Azərbaycan analoqu olmayan ata-lı ölkədir ki, rejimin yarıtmaz siyasəti nəticəsində çürümüş bazisini (“dayaqlarını”) mənasız və fərsiz ömrünün uzanması naminə ümidini-ruhunu,mənliyini satmış, istifadə limitləri bitmiş, çörəkləri yalandan-talandan-yalaqlıqdan çıxan hərşeyşünaslara bağlamışdır. Sözsüz ki, bütün yalanlar-talanlar-yalaqlıqlar məğlub olmaq üçün doğulur. Prezident İlham Əliyevi yenə də aldadıblar. O, Beynəlxalq tribunalarda qətiyyətlə-ənənəvi çıxış edir ki, Azərbaycanda ifadə-fikir-söz azadlığı təmin olunur və heç bir jurnalist peşə fəaliyyətinə görə həbs edilməyib!!!?????

De-fakto, dünyada tanınmış məşhur və cəsur İdeal Jurnalist Nazim İdeal 20 may 2009-cu il tarixdə No.1(006)-12/2009 saylı iş üzrə, haykimi Elman Əhmədovun sədrliyilə 06 ay azadlıqdan girov götürüldükdən sonra, həbsxanada totalitarizmin inkvizisiya illərini yaşarkən 09 dekabr 2016-cı ildə, No.7(002)-331/2016 saylı iş üzrə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində haykimi Pənahov Babək Əkbər oğlunun (MSK sədri Məzahir Pənahovun qardaşı oğlu) sədrliyilə, ARCM 148-ci (“siyasi plüralizm”) maddəsilə yenidən 06 ay azadlıqdan məhrumetmə hökmü oxunmuşdur.

Emin Eminbəyli
07.09.2017 expromt.az


İstifadəçi paneli