Oxşar xəbərlər
Bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktını şiddətlə qınayırıq.
ASmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin (Ombudsman) tviter səhifəsindəki paylaşımda bildirilib.
“Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir”, - qeyd olunub.
Qeyd edək ki, Daşaltı kəndində erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası ilə hücum edib.