Ermənistanda general həbs edildi

16-03-2023, 22:47

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov həbs edilib.

“Asmedia.az” xəbər verir ki, bu haqda Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

“Apellyasiya Məhkəməsi cinayət prosesinə nəzarət edən prokurorun vəsatətini təmin edib və təqsirləndirilən şəxs Qriqori Xaçaturovun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Qeyd edək ki, Xaçaturov barəsində vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ilə bağlı iş başlanıb.


İstifadəçi paneli