Zelenski gəminin vurulmasından ruhlandı...

6-03-2024, 09:34

Ukrayna müdafiəçilərinin imkanları sübut etdi ki, Qara dənizdə rus işğalçıları üçün təhlükəsiz liman yoxdur.

İDEAL xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib:

"Artıq Qara dənizdə rus terrorçuları üçün təhlükəsiz limanlar yoxdur və olmayacaq. Və səmada da onlar üçün təhlükəsiz yer olmayacaq. Bu, həm tərəfdaşlardan gələn tədarüklərdən, həm də daxili istehsalımızdan asılıdır", - o bildirib.

Qeyd edək ki, martın 5-də Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi Ukrayna dronları vasitəsilə vurulub.


İstifadəçi paneli