Bəzi bloqerlər məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər - Mikayıl Rəhimov

23-12-2019, 15:11

Bəzi bloqerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər.

Asedia.az bildrir ki, Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

M.Rəhimovun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloqer arasında narazılıq yaranıb, seçici bloqerin onu çəkməsinə etiraz edib: “Bəzən bloqerlər seçki prosesinə mane olurlar, məntəqələrin işinə yersiz müdaxilə edirlər”.

MSK rəsmisi əlavə edib ki, ümumilikdə bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var: “Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur”.


İstifadəçi paneli