Ardıcıl olaraq güclü zəlzələ baş verdi .

6-01-2020, 14:14

Adalar ölkəsi sayılan Filippində ard-arda güclü zəlzələlər qeydə alınıb.
Bu barədə Asmedia.az bildirir ki, ilk sarsıntı yerli vaxtla 03:00 radələrində olub.
Zəlzələnin episentri Pondaqitan qəsəbəsinə 7 km məsafədə 5,1 gücündə qeydə alınıb.
Eyni nöqtədə səkkiz saatdan sonra bu dəfə 4,6 bal gücündə yeraltı təkanlar baş verib.
5,2 bal gücündə olan üçüncü zəlzələ yerli vaxtla 15:25-də ölkənin cənubunda qeydə alınıb. Dənizdəki zəlzələnin episentri Bukid şəhərindən 43 kilometr məsafədə olub.
Zəlzələ nəticəsində dağıntı və tələfatın olmadığı deyilir.


İstifadəçi paneli