Sona Əliyeva Nərminin yandırılmasından danışdı:

7-01-2020, 10:32

Qeyd edək ki, ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 
 Asmedia.az məlumat verir ki, bu barədə keçmiş millət vəkili Sona Əliyeva bildirib ki, Nərminin 9 yaşı vardı və o ən qəddar, acımasız şəkildə yaşamaq hüququndan məhrum edildi:
 "Mənim qızımın adı da Nərmindir və hər kəs uşaqlara qarşı nə qədər həssas olduğumu bilir. Dünəndən oxuduğum xəbər hər kəs kimi məni də dərindən sarsıtdı. Bu qədərmi aqressivləşdik, vəhşiləşdik? Bir körpəyə əl qaldıracaq, həyatını sonlandıracaq qədərmi? Bu qədərmi qəddarlaşdıq? Biz insan deyildikmi, sosial varlığımızla qürur duyub, təbiətə meydan oxumadıqmı? Bilmirəm, mən bu cinayəti törədənlərin bizdən biri olduğuna, insan olduğuna inanmaq istəmirəm.Cəmiyyəti, hüquq-mühafizə orqanlarını bu hadisəyə səssiz qalmamağa çağırıram, bu vəhşiliyi törədənlərin cəzasız qalmaması üçün əlindən gələnləri etmələrini rica edirəm. Unutmayaq, bu cinayətkarlar layiqli cəzasını almadıqca, heç kim bu kimi hadisələrdən sığortalanmayıb. Bu cinayəti törədənlər ən ağır cəzaya layiq və məhkumdur". 


İstifadəçi paneli