“Sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb”

11-01-2020, 21:32

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb. 
Asmedia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 
Məzahir Pənahov bildirib ki, bütün görüntülər MSK üzvləri tərəfindən 2-3 dəfə araşdırılıb. M.Pənahov vurğulayıb ki, bununla bağlı məsələ bələdiyyə seçkiləri ilə bağlı qərarda öz əksini tapıb. 
M.Pənahov qeyd edib ki, bəzi insanlar sosial şəbəkələrdə özünə tərəfdar toplamaqla qanuna uyğun qərar çıxarmağı qarışdırırlar. MSK sədri bildirir ki, əgər kimsə iddia edirsə ki, pozuntu baş verib bunu sübut edən dəlillər göstərilməlidir:
“Konkret faktlar göstərilməlidir. Əfsuslar olsun ki, ümumi xarakerli narazılıq bildirmək bir ənənəyə çevrilib, ancaq ortada konkret faktlar göstərilməyib.


İstifadəçi paneli