DÜŞMƏNƏ PEKİ, XALQA REKİ...

22-02-2020, 18:09

28 ildir ki, torpaqlarımız...
Girovluqda olan 1500 nəfər qız-gəlinlərimiz düşmənin işğalı, cinsi istismarın alətidir. Ermənilər işğal etdikləri torpaqlarımızdan ilbəil qazandıqları kapital hesabına dövlət kimi formalaşmış təkcə hərbi deyil, diplomatik uğurları ilə super güclərin diqqətini cəlb etmiş demokratik-hüquqi dövlət imicini qazanmışdır. Bu illər ərzində namus ləkəsini üzərimizdən götürmək, torpaqlarımızı qaytarmaq intiqamı ilə çarpışan oğul-qızlarımızın mücadiləsinə, çağırışlarına cavab verən qürursuz, məğlub kriminal rejim onların bir hissəsini şərləyib həbsxanalara doldurdu, bir hissəsini tərkivətən etdi. Meydan verildi şəngülüm, şüngülüm, xoşqədəm, xoşqeyrətlərin sərəncamına. Dövlətimizə tənəzzül, millətimizə antitəkamül dövrü yaşadan ekspert yaltaqların debillikləri avanqard oldu. Qarabağ  qazisi, vicdan məhbusu, ideal jurnalist Nazim İdealı ehtimal və mülahizələrlə AR CM-in 182, 221, 234-cü maddələri ilə camurlandı. Heç bir hörmət və nüfuza malik olmayan, yalnız alqı-satqı predmetinə çevrilmiş əsas qanun hesab olunan AR Konstitusiyasının 63-cü maddəsinə və o cümlədən, Cinayət Prosessual Məcəlləsinin 28.5 maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tədqir olunmalıdır. 
28.6 Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Təbii ki, nəinki ölkəmizdə, hətta Cunqliya meşələrində anlayırlar ki, Azərbaycanda hər bir yazılı qanun tiranın lakeyi və sattelitidir. Bel
ə olmasaydı, Nazim İdeal törətmədiyi, etmədiyi cinayərə görə mühakimə edilməzdi. 
182. Hədə-qorxu gəlmə, reketlik...
Məlum olduğu kimi reketlik edən şəxs, məsələn, MTN, DİN-nin generalları kimi günahsız insanları şəxsi zirzəmilərinə, restoranlarındakı gizli saxlanclarına soxub, orda saxlayıb, istədiyi pulu alana deyilir. 

Nazim İdealı iftiranamə aktında (“İttiham aktı”) və ya məzhəkə qaralamalarını əvvəldən-axıra qədər oxuyursan, anlaşılmır ki, 182-ci maddəni hansı əsasla çamurlayıblar. Bu maddənin istintaq dispozisiyası DİO-ya aid olsa da, nədənsə şərləmə missiyası Baş Prokuror yanında Korrupsiya İdarəsinə həvalə edilmişdir. Paradoksaldır – müasir infrastruktura malik olan Prokurorluq, DİN orqanları sifarişçinin zövqünə uyğun 2 illik universal ssenaridə tutarlı fakt tapa bilməmişlər. Məsələn, hökumətin arsenalını təşkil edən, mənliyini, ruhunu, bədənini 5 manatdan şıdırğı satan əntərlərdən Nazim İdeal pul tələb edərkən???telefon danışıqlarını, telefon nömrələrini nədən aşkarlaya bilməyiblər? və yaxud da, yiyəsizlərlə görüşünü təşkil edib, əlində, cibində kodlaşdırılmış, numerovoy pulla yandıra bilməyiblər??? Prokurorluq, DİN orqanlarının belə bir uğurlu əməliyyatı baş tutarkən, millətin gözlərini yağır etdiyi hamımıza məlumdur. Tragikomikdir, xüsusi qeyd etməliyəm ki, Nazim İdealı şərləmək üçün istifadə etdikləri, istifadə limitləri bitmiş subyektlər, onları bu işə sövq etdirən, arxalarında gizlənən geniş  hakimiyyət resurslu məə-mırrlardan qat-qat “təmiz” adamlardır. 
234. Narkotika...
Hər kəs onu da bilir ki, analoqu olmayan ölkəmizdə narkotikanın realizasiyasını daha çox hakimiyyətin imtiyazına bürünmüş hacılar yerinə yetirdiyindən, Hacı Nazimlə yerlərini səhv salmışlar. Qanmayıblar ki, Hacı Nazim ömrü boyu nə siqaret çəkməyib, nə də ki, alkoqollu içki qəbul etməyib. Eyni zamanda milli və xarici narkoloji ekspertiza təmiz qanlı türk olduğunu təsdiqləsə də, hayganuşun hibrid nəticələrinin sifarişini qanunlar üzərində dominant etmiş və 234-cü maddə üzrə ona verilmiş əlavə 2 il cəza ilə qohum-əqrəbalarını sevindirmişlər. 
221-ci maddə barədə söhbət açmaq istəməzdim... 
Rejimoloqlar haqq-ədalət mücəssiməsi femidanın və Nazim İdealın şərlənməsi üçün istismar etdiyi ictimaiyyətin fəal quşlarını bu epizod üzrə komasutra etmiş və 1 il cəza da bu melodram üzrə Allahsızları sevindirmişdir. Əlbəttə ki, Nazim İdealın jurnalistikası hansısa bir yazı, treyninq, brifinq, simpoziumlara sığmamışdır. 
İdeal qəzetin yerləşdiyi ideal məkana rejimin oliqarx nazirləri, qanqster prokpolları istəməsə də belə təklif buyurmuşlar və qapısı ağzında saatlarla gözləmişlər ki, bunu da hər kəs bilir, hətta onu sevməyənlər də bunları çəkib və yazıb. Lakin bunun adı reketlik deyil, bunun adı xalqı naminə zalıma qarşı vuruşmaqdır, onların hüquqlarını bərqərar etməkdir. Yüzlərlə şəhid ailəsinin, adi insanların haqqını həzm-rentabeldən keçirmiş vampirlərə və onlara satteliklik edənlərə sual olunur: günahın yoxdursa, doğru-dürüst xalqa xidmət edirsənsə, sənin 28 May 11 ünvanında nə ölümün var, niyə buralarda sülənirsən? Bəli, Prezidenti saymayan, tanımayan, xalqın hüquqlarını tapdağa çevirən harın zombilər həmişə İdealın hədəfi olub. İndi məni düşündürən və qayğılandıran ölkəmiz Azərbaycanın Bazarbaycana çevrilməsi deyil, fundamental hüquqların prinsipləri bazisi addımbaşı zorlanan nakəslərin zalımları, trolları rolunda Nazim İdealın arxasınca şenokluq etmələridir. Yazını Nazim İdealın öz sözü ilə tamamlayıram: 
Hər kəs özü-özünə sual etməlidir - Mən kiməm? Milli-siyasi kimliyim hansı siyasi vəziyyətdədir? Bacarığım, qabiliyyətim, cəsatərim hara qədərdir? Kimin övladıyam? Dövlətim, xalqım üçün nə etmişəm? Və bu filankəs haqqında söz deməyə mənəvi haqqım çatırmı?... Əlbəttə ki, son 15 ildə de-fakto şahid olduq ki, kriminal, korrupsioner, konsentrik dairələr və onların yallandırdığı haqsızlar və alçaqlar Nazim İdealı reket adlandırsalar da, qədirbilən xalqımızın ləyaqətli üst təbəqəsi Nazim İdealı xalqın adamı hesab edib, edir və müdafiə etməkdədirlər. Son söz olaraq çox istəyərdim ki, xalqımızda reket cəsarəti olaydı və öz torpağına sahib çıxa biləydi. Axı bir millətin nə qədər yalançısı, talançısı, artisti, əmək-darı, geni olar...
Aslan Tuncay


İstifadəçi paneli