Bakıda 24 yaşlı şəxsi öldürməkdə təqsirləndirilən Rəhman İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
KİV- in məlumatına görə, Asmedia.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, hadisə ötən il paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Məlumata görə, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı R.İsmayılov tərəfindən bıçaqlanıb. C.Maarifzadə
xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Daha sonra hadisəni törədən R.İsmayılov saxlanılıb.