XAİNLƏRƏ RÜŞVƏTXOR QAYĞISI...

22-02-2020, 22:15

Əxlaqdan məhrum siyasət
De-fakto, de-yure Azərbaycan həbsxanalarında motel profilli tibb-sanitar hissələri müalicə müəssisələrində bütün qeyri-qanuni imtiyazlarla təchiz edilmiş keyf çəkənlərin böyük əksəriyyəti bu dövlətə, bu xalqa xainlik, alçaqlıq etmiş avaralar, qanqsterlər, narkobaronlar, dələduzların sərəncamına verilmişdir. Ailələrini, sülalələrini məhz bu hesaba harınladan məmur naxırının yalanları, əməli, əməyi sayəsində dövlət başçısı cənab İlham Əliyevin “Xalqın bir nömrəli xidmətçisiyəm” devizi kölgədə qalmaqla... lağ-lağı predmetinə çevrilmiş, etmadsızlıq mühiti apofeoza, insan və vətəndaş hüquq və əsas azadlıqlarının qorunması sayəsində 162 dövlət sıralamasında axırdan birinci yerini 30 ildir ki, dəyişmək istəmir. 
Dövlətsizlik, qanunsuzluq, arxasızlıq məmur heyvərəliyi səbəbindən hər gün bir neçə məhkum dünyasını dəyişir. Onlarla şəxsin ölüm növbəsini can verə-verə gözləyir. Şizofriniklər psixotrik xəstəxanada olmaq əvəzinə, abırsızların gülüş obyektinə çevrildiyi halda, xüsusi amansızlıqla tamah məqsədilə günahsız insanları qətlə yetirmişlər, ağ ölümün moderatorları – narkobaronlar məsul marginal orqanları rüşvətlə yemləndirib, qeyri-şərtsiz layiq olmadıqları azadlığa buraxılırlar. Diktə olunan anarxizm sayəsində CÇM-lərin 95% sonuncu narkoman, 90% hepatit C, 70% SPİD virusunun aktiv fazalı daşıyıcılarıdır. Virusun cəmiyyətə mutasiya edilməsi şövq-təbii davan etdirilməkdədir. Əlbəttə ki, əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki,???!
Səid Türkel



İstifadəçi paneli