Rüşvət, nepotizm, diskriminasiya

22-02-2020, 22:32

Monitor komissiyası, məhkəmə, yoxsa  Komediya şou...
Ermənilər Azərbaycan Respublikasının ərazi bütövlüyünü işğal edib, içərisində iki erməni dövləti yaratdığı kimi, Azərbaycan Respublikasında da siyasi rejim dövlət içərisində iki dövlət yaradıb, bir hissəsi günbəgün xalqın milli sərvətini, dəyərlərini satıb varlanır, bir hissəsi də istismar edilir, soyulur, döyülür, diz üstə çökdürülüb öldürülməkdədir və bu şillər diyarında hökumət hər şeyi bilə-bilə daxili auditoriyaya yalan sırımaq tendensiyasından yorulmur ki, yorulmur. Prezidentin ənənəvi sabotaj edilən Sərəncamlarından biri də......Cəzaçəkmə Müəssiəsində monitor komissiyaların yaradılması tragikomediyasıdır. 7 nəfər komissiya üzvü toplaşır bir kabinetə və ordan başqa bir otaqda rüşvət aldığı məhkumla məzələnir. Bu komissiyanın adını komediya şou da adlandırmaq olar. Şoudan on gün keçdikdən sonra, ərazi üzrə rayon məhkəməsindən bir nəfər “peşəkar” hakim gəlib, məhkumdan alınan pulun qədərinə uyğun klounluq edib gedir. Dövlətsizlik, qanunsuzluq, dərəbəylik, məsuliyyətsizlik mühitini seyr edən cinayətkarlar da bu ölkədə bütün dəyərlərin alqı-satqı predmetinə çevrildiyini görərək, o da tamah məqsədilə növbəti qanlı cinayətini törətməyə tələsir.
Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, islah olunmuş, lakin tələb olunan rüşvəti ödəyə bilməyən bir kimsəyə azadlıq haqqı tanınmır. Lap olun cəzasının sonuna on gün qalmış olsa da belə. Lakin tələb olunan rüşvəti vermək iqtidarında olan ən qatı cinayətkar qarşısında monitor komissiyası da, məhkəmə də acizdir, başıaşağı, üzüyoladır. 
1 saylı CÇM-də baş verənləri duyarkən, Adəm övladı Cunqliyanın sıx meşəsinə getmək istəyir. Sanki, bu məkanda kişilik kriteriyasının vacib şərtləri abırsızlıq, həyasızlıq, .........dır.
Qarabağ Qazisi, Milli Dövlətçiliyimizin, atributlarımızın bərqərar olunması uğrunda şərəfli yol keçmiş İdeal jurnalist Nazim Quliyev 12 illik cəzadan 9 ayını azadlığa şərti buraxılmağına razı olmayan rüşvətə hamilə qalmış naxır, “Azərişıq” ASC-in sədri Vüqar Əhmədovun dayısı oğlu, dələduzluq ittihamı ilə dəfələrlə məhkumluq həyatı yaşamış İlham Nağıyevin 1 il 06 aylıq cəzadan azad etməyə kəniz kimi hazırdılar.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Heydər Əliyev mərkəzinin rəhbəri Anar Ələkbərovun xalası oğludur. 

  Aslan Tuncay


İstifadəçi paneli