Fransada koronavirus dərmanı uğurla sınaqdan keçdi

23-03-2020, 14:15

Malyariyayanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsində uğurla sınaqdan keçirilib.
Asmedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat "International Journal of Antimicrobial Agents" jurnalında yer alıb.
Hazırda COVID-19-un müalicəsi üçün xüsusi dərman mövcud deyil. Bununla belə, bütün dünyada yüzlərlə kliniki sınaqlarda başqa göstərişlər üçün nəzərdə tutulmuş dərmanların SARS-CoV-2-yə təsiri araşdırılır. 
Tədqiqat əsasən iki qrup preparat ətrafında aparılır: remdesivira – ribonuklein turşusunun transkripsiyasının vaxtından əvvəl kəsilməsi vasitəsilə virusun replikasiyasını inhibə edən geniş antiviral aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları. 
6 pasiyent üzərində aparılan sınaqlar 6 gün sonra bəhrələrini verib. Nəticədə koronavirusa yoluxmuş 6 pasiyentin analizləri neqativ çıxıb. 
Alimlərin sözlərinə görə, test qrupunun kiçik olmasının və nəticələrin təsdiqlənməsi üçün daha irimiqyaslı sınaqlara gərək olduğuna baxmayaraq, bu nəticələr çox ümidvericidir. 


İstifadəçi paneli