Oxşar xəbərlər
Hazırkı dövrədək Azərbaycanda 4 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bu barədə ASMEDİA.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.