“Belə davam etsə, sərhədlərin açılması gözlənilmir”

3-06-2020, 21:48

"İyunun 15-nə qədər sərhədlərin bağlı qalması barədə qərar var".

ASMEDİA.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hələlik bu vaxta qədər uçuşların bərpası ilə bağlı qərar yoxdur: "Ekspertlər müşahidə aparır. Belə davam etsə, sərhədlərin açılması gözlənilmir. Növbəti mərhələdə vəziyyət necə olsa, ekspertlər müşahidə aparıb, nəticəyə gələcəK və bu nəticəyə uyğun qərar veriləcək". 


İstifadəçi paneli