Oxşar xəbərlər
Almaniya Daxili İşlər Nazirliyi, ölkələrinə geri dönmək istəyən suriyalılar üçün 1200 avro məbləğində maliyyə dəstəyi təmin edilməsi məqsədilə yeni bir proqramın işə salındığını açıqlayıb.
Rəsmi statistikaya əsasən, vətəndaş müharibəsi səbəbindən Almaniyaya sığınmış 1 milyondan çox suriyalı mövcuddur.
Qaçqınların öz ölkələrinə dönüşünü sürətləndirmək üçün Almaniya hökuməti bu prosesə maliyyə dəstəyi ilə töhfə vermək qərarına gəlib.
Nazirliyin yaydığı məlumata görə, Almaniyadan könüllü şəkildə ayrılmaq istəyən hər bir şəxsə 200 avro yol xərci, həmçinin 1000 avro yenidən normal həyata uyğunlaşmaq üçün yardım təklif ediləcək. Bu proqram çərçivəsində hər bir şəxsə ümumilikdə 1200 avro maliyyə dəstəyi ayrılması nəzərdə tutulur.