Dələduz çətəni himayə edən kimlərdir?

13-02-2025, 12:59

Onlarla ailənin pullarını dələduzluq etməklə ələ keçirərək evsiz qoymuş "Avro Qrand" MMC-nin baş direktoru Cəfərov Xanlar Məhəmməd oğlu 9 il müddətinə azadlıqdan məhrum edilsə də, onun azadlıqdakı dələduz uzantılarından Rza Hümbətəliyev və Mübariz İsmayılov baş ssenaristin diqtəsi ilə sadə vətəndaşlara qarşı öz çirkin əməllərini davam etdirməkdədirlər.


Vətəndaş Rizvan Kərimovdan əvvəlcə aralarında bağlanmış müqaviləyə görə 65.000 (altmış beş min) manat alan çətə, ardınca 20.000 (iyirmi min) manat, daha sonra isə 4.000 (dörd min) manat müxtəlif adlar altında aldıqdan sonra öhdəliklərini yerinə yetirmək əvəzinə Abşeron rayon polis və prokurorluğunun adından hədə-qorxu gəlməyə başlamışdır.


Faktla bağlı zərərçəkmiş Rizvan Kərimovun şikayət etmədiyi dövlət orqanı qalmamışdır. Nəticə etibarilə qalib gələn dələduzlardır. Faktla bağlı Abşeron rayon polis və prokurorluq orqanları ilə əlaqə saxlanıldı. Hər iki orqan cinayət faktını təsdiq etsə də, "nə vaxt tədbir görüləcək?" sualına məntiqli cavab verə bilmədilər!



İstifadəçi paneli