Ukrayna və Rusiya müharibənin başlanmasında kimin məsuliyyət daşıdığını araşdırmaq əvəzinə, sülh razılaşmasına nail olmaq üçün səylərini artırmalıdır.
“NBC News”un məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset bəyan edib.
“Burada durub “sən haqlısan, sən haqsızsan, diktatorsan, yoxsa deyilsən, işğal etmisən, ya yox” deməyin heç bir mənası yoxdur”, - o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya hökumətləri arasındakı mübahisələrə lüzumsuz müdaxilə etmir.
Pentaqon rəhbəri bildirib ki, ABŞ artıq Rusiyanı təcavüzkar kimi tanıyıb və Ukraynaya qarşı müharibənin məhz Moskva tərəfindən başladıldığını qəbul edir.
"Biz bunu dəfələrlə qeyd etmişik. Ukraynaya işğalın baş verməsi heç bir halda əsassız iddia deyil. Buna “kiçik işğal” deyən əvvəlki administrasiya idi və Putin bunu zəiflik əlaməti kimi görərək hərəkətə keçdi", - Heqset əlavə edib.