Zərif susqunluğunu pozdu: "ABŞ-ın sonu gəldi, bir daha...

5-01-2020, 16:25

“ABŞ-ın Qərbi Asiyada sonu gəldi”.
Asmedia.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tvitterində yazıb.
Zərif ABŞ prezidenti Donald Trampın ictimai məkanlar daxil olmaqla, İranın 52 nöqtəsinin hədəf alındığı açıqlamasını müharibə cinayəti adlandırıb: “Donald Tramp cümə günü qorxaq şəkildə işlədiyi terrorla beynəlxalq hüququ bütün səviyyələrdə pozub. İndi də beynəlxalq hüququ bir daha pozmaqla təhdid edir”.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds briqadasının komandanı Qasım Süleymaninin cümə günü Bağdad hava limanında ABŞ qüvvələri tərəfindən öldürülüb.


İstifadəçi paneli