Türkiyədə “Omicron” aşkarlandı

12-12-2021, 13:01

Türkiyədə altı nəfərdə “Omicron” ştamına yoluxma aşkarlanıb.

ASmedia.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

O bildirib ki, bunlardan biri İstanbulda, beşi İzmirdə müəyyən olunub.

Nazir qeyd edib ki, yoluxan şəxslərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlar xəstəliyi yüngül keçirirlər.


İstifadəçi paneli