Polkovnik: Rusları sol sahilə atmaq fürsəti yaranıb

29-08-2022, 10:12

Ukraynanın cənubundakı hərbçilərimiz ruslara ehtiyat qüvvələr toplamağa imkan vermir.
ASmedia.az xəbər verir ki, bunu ukraynalı polkovnik Roman Kostenko deyib.

"Cənub plasdarmı hücum üçün perspektivli istiqamətdir, baxmayaraq ki, orada düşmənin xeyli qüvvəsi və vasitələri cəmləşib. Artıq düşməni operativ mühasirəyə almaq mümkündür. Bu, bizim üçün cənubda əks-hücumu genişləndirmək və düşməni Dneprin sol sahilinə atmaq fürsətidir", - o bildirib.
Onun sözlərinə görə, şərq istiqaməti ruslar üçün vacib olaraq qalır və onlara orada qələbə lazımdır:
"Ruslar ehtiyat qüvvələrini cənuba köçürə bilər və bu, şərqi zəiflədəcək. Onlar öz qarşılarına Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çatmaq vəzifəsini qoyublar. Biz sağ sahildəki körpübaşını geri almalıyıq ki, düşmən Nikolayev və Odessanı tutmasın".


İstifadəçi paneli