Kadırovun ən böyük tənqidçisi Tumso sağdır

9-12-2022, 20:20

Bir neçə gün əvvəl Ramzan Kadırovun ən böyük tənqidçisi Tumso Abdurahmanovun İsveçdə öldürüldüyü iddiası ilə bağlı xəbərlər yayılıb.
Lakin indi bu xəbərlərin həqiqəti əks etdirmədiyi məlum olub.
“İçkeriya Çeçenistan Respublikası hökumətinin əldə etdiyi məlumata görə, Tumso Abduraxmanov sağdır və İsveç polisinin himayəsi altındadır”, - deyə tanınmamış respublikanın mühacirətdəki hökumətinin sözçüsü Əhməd Zakayev öz mənbələrinə istinadən bildirib.
Eyni zamanda o, Abdurahmanovun hansı səbəblərə görə himayə altında ola biləcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, İsveç polisi də Abdurahmanovun mümkün qətli ilə bağlı məlumatı təsdiqləməyib və şərh etməyib.
Mənbə: meduza.io


İstifadəçi paneli