İranın raket qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

6-01-2020, 09:23

İranın raket qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Asmedia.az Oxu.az-a istinadən xəbər verib:
Bu barədə "Reuters" ABŞ-ın yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
O bildirib ki, Ağ Ev hadisələrin gedişatını diqqətlə izləyir.  
"Bu döyüş hazırlığı hücum, yoxsa müdafiə xarakteri daşıyır? Bu, bizə məlum deyil", - mənbə izah edib.
Xatırladaq ki, ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsindən sonra ölkələr arasında münasibət kritik həddə çatıb.


İstifadəçi paneli