NAMUS LƏKƏSİNİ SİLƏ BİLMƏYƏNLƏR! NAZİM İDEALA ÇAMUR ATIRLAR.

8-01-2020, 15:39

Azərbaycan dünyada analoqu olmayan sahibsiz ölkədir ki, təhsil almamaqdan ötrü də rüşvət ödəyir; dövlət orqanlarına özünü, milli-siyasi  kimliyini bilməyən zombiləri soxuşdururlar ki, milli dəyərlərimiz aşırı dərəcədə aşağılansın.
Nazim İdeal (Quliyev): Bu ad, bu sima dostun da, düşmənin də yaddaşında, gözləri önündə qeyrət, əqidə, dönməzlik, cəsarət, passioner patriotluq simvolu olaraq ucadır.
2008-ci ildə Nazim İdealın övladı Nihad bəyin “Ay işığı” sarayında məclis günü məğlub, qürursuz rejimin nümayəndələri  Hacı Məmmədov, Zakir Nəsirov, Kamil Sədrəddinov, Koroğlu Aslanov və s. simvollu “dekriminalları” total hücuma keçərkən, bu rejimin bir daha rəzil, aciz olduğunu kəşf etdim. Ardınca 700 nəfər çiyni paqonlu, arxası qaytanlı, sinəsi silahlardan ibarət polislərin Masazır qəsəbəsində onu həbs etməkdən ötrü səfərbər edildiyini görərkən Qarabağın taleyinin Göyçədən, Zəngəzurdan fərqli olmadığını təkrar anladım. Ardınca, həbs edildikdən 4 ay sonra Masazırdakı pencəyimin cibindən Korrupsiya İdarəsinin işçisi Ələkbərov Tariyelin polislərlə birlikdə narkotika tapdıqlarını eşidərkən, 162 dünya dövlətləri arasında insan və vətəndaş hüquq və əsas azadlıqları arasında ölkəmizin axırdan birinci yerdə qərarlaşmasında heç bir qərəz olmadığını anladım. Ömrümdə bir dəfə də olsun siqaret çəkməyən, alkoqol qəbul etməyən, 2006-2007-ci illərdə Müqəddəs Kəbədə olmuş Hacıya qarşı universal ssenari üzrə bu cür alçaqlıqların törədilməsinin ermənizmdən başqa adı, əsla yoxdur! Tam səmimi olaraq ifadə edirəm ki, Nazim İdeala qarşı rejimin arxasına-arxa olduqları can alverçiləri, onları bu rüsvayçılıqlara təhrik edən məə-mırr “kişi”lərdən milyon dəfə kişi adamlardır. Ona görə ki, onlar dövlətsizlik, işsizlik ucbatından bədənlərini satıb “yaşayır”lar. Bunlarsa, bütün alçaqlıqları məhz dövlət adından istifadə edərək törədirlər.
Cinayətkar birliklərin bir insana, bir jurnalistəbir Qarabağ Qazisinə qarşı törətdikləri repressiyalar silsiləsinin həbsxana divarları arxasında hökumət adına rüsvayçılıqlardan biri olaraq,  25.09.2018-ci il tarixində həyata keçirilmişdir. 
Nazim İdealın mülkiyyəti “Malibo” MMC adlı evyıxma kompaniyası tərəfindən uçurulur, vandalizm aktı həyata keçirilir. Sözsüz ki, erməni hibridlərinin harınlıqları cavabsız qala bilməzdi. N. İdealın cavab atəşi, səltənətlərini xalqımızın bədbəxtçiliyi üzərində qurmuş hakimiyyət resurslu iribuynuzlu prototipləri 18 bal gücündə zəlzələnin və vəlvələnin altına atdı. Girov saxlanıldığı ƏNPX-in 11 saylı bazarın müdiri Şirinov Vəli Nazim İdeala yazıların saxlanılmasını təcriyə etsə də, savaşında dönməz və yenilməz olan Mücahid rədd cavabı verir, Şirinov Vəli ona qarşı lap yuxarılardan ona təzyiq olduğunu və pis duruma düşdüyünü etiraf edərkən, Nazim İdeal ona hara istəyirsən göndər, yetər ki, sən rahat bazarlığını yap deyir.
25.08.2018-ci il tarixdə saat 18:30-da “Spets etap” 15 saylı pritona göndərirlər. 15 saylı pritona düşər-düşməz karantindən atmosferi Cəbrayıl rayonundan olan rəis Tahir Yusifovu və müavini Bərdəli Eldəniz Həziyevi boğur. Qarabağlı qəh...rəmanlar N. İdealın onların himayə etdikləri pritonu görməməsindən dolayı bütün təxribat rıçaqlarını işə salır və nəticədə onun ayağa qalxmasını bəhanə edib, mübahisə edirlər. Nazim Quliyev: “Mən cinayətkarlar qarşısında heç vaxt ayağa durmuram. Dövlət müəssisəsini pritona çevirmisən, hər şeyi – qanunları alver predmetinə çevirmisən. Mənim ayağa durmamağımı bəhanə gətirib kars-PKT ilə təhdid edirsən. Niyə? 28 ildir ki, ermənilər tərəfindən girov götürülmüş anandan, bacından, qızından ötrü ayağa durmursunuz, cənab heç kim...
”Nazim İdeal aşağıdakı qaydada cəzalandırılır:

  1. 01.10.2018 – 7 gen kars
  2. 03.10.2018 – karsda olarkən töhmət
  3. 05.10.2018 – karsda olarkən töhmət
  4. 08.10.2018 – 05 gün kars
  5. 10.10.2018 – karsda olarkən töhmət
  6. 13.10.2018 – 02 ay KTO (PKT)
  7. 04.11.2018 – karsda töhmət
  8. 10.11.2018 – töhmət
  9. 01.12.2018 – karsda olarkən töhmət yazılıb
4 dəfə məhkəməyə çıxarıldıqdan sonra 6 ay həbsxana rejiminə keçirilməsi məzhəkənin qərarı ilə legitimləşdirilir.   
Repressiya aparatının Nazim Quliyevə qarşı amansız rəftarı 11 ildir ki, fasiləsiz irtica illərinin tarixini yazır. Lakin, burada əsas məqam cəsur Qarabağ Qazisinin cəzalandırılması onunla eyni vaxtda qonşu kamerada saxlanılan (KTO-5) erməni diversantlar Arsen Baqdasaryan və Edqar Sarkisyanın müşahidəsilə baş verməsi tendensiyasıdır. Ermənilərə şüstryaklık, satqın qarson xidməti göstərən penitensiarçilar, onların gözləri qarşısında Azərbaycanın məğmun vətəndaşlarına fiziki, cismani, tibbi işgəncələr verməklə Qarabağın de-yure satılmasını ratifikasiya edirdilər.
28 ildir ki, torpaqlarımız kimi, insan və vətəndaş hüquq və əsas azadlıqlarımızın da işğal altında olması heç kəsdə şübhə yeri saxlamayıb. Ancaq bütün bunlardan sonra, hər hansı qələbədən, proqresdən, reqressiyadan, tərəqqidən danışmaq absurd və boşboğazlıqdır. Sözsüz ki, qanun, ədalət olmayan yerdə əxlaq da olmaz!!!
Dövlətsizlik, qanunsuzluq, dərəbəylik, quldurluq, rüşvət, korrupsiya, məə-mırr heyvərəliyi və harınlığı minlərlə soydaşımızın həbsxana və mühacirətdə olmasına səbəb olmuşdur. Bundan sonra deptatxananı yox e, haranı istəsən kanalizasiyaya burxsan da, faydası yoxdur. Sistem iflicdir. İdarəetmə appendiksdir. Onun yalnız və yalnız kəsib atmaqdır, soyğunçuluqdan başqa heç nəyi bacarmayan, Tahir, Eldəniz, Vəli, dəli, zombi, zehniyyətilə yalnız anti-təkamül dövrü yaşamaq olar. Qalaq-qalaq meyit iyi verən, heç bir əhəmiyyət kəsb etməyən, qəbul edilməyən “şərəf, şöhrət, əməkdar, xalq” stiqmalı yaltaqlar tarixin zibilxanasında iylənmək istəmirlərsə, Nazim İdeal barəsində cinayətkarların bilmədən, qanmadan belə topladıqları 25  tomluq 6493 saylı, “şəxsi iş” materialları ilə yaxından tanış ola bilsələr, bu işi araşdırsalar təqdirəlayiq olardı. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadələrə qarşı respressiyaların nə qədər iyrənc vəziyyətdə olduğuna şahid olarlar.
Şərə, böhtana, yalana üzəduranlıq, şahidlik etməyin! İtricaya, istilaya, repressiyalara, dərəbəyliklərə, total rüşvətxorluğa qarşı dövlətimiz – Azərbaycan naminə şəhid olaq!
                                                                                                  CAVİD SOLTA
N! 


İstifadəçi paneli