İDEAL BAŞ REDAKTOR AZADLIQDA!!!

31-03-2020, 00:35

Nazim İdeal: “Mən dəyərlər uğrunda mübarizə aparıram. O dəyərlər uğrunda ki, onların bərqərar olması, hətta bu gün üstümüzə çamur atanları da düşdükləri bataqlıqdan xilas edəcək, şərəfli və ləyaqətli həyata qovuşduracaq”. 
Ötən gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “İdeal” Media Qrupun rəhbəri, Qarabağ Qazisi, vicdan məhbusu Nazim Quliyev məhkəmə zalından dərhal azadlığa buraxılmışdır. 11 ildir ki, cəza çəkən Nazim Quliyevin cəzasının sonuna 8 ay qalsa da, Bakı şəhər Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu (Metropolitenin eks-rəisi Əhmədov Tağının oğlu) heç bir hüquqi əsas gətirmədən, 06.02.2020-ci il tarixdə onun vaxtından əvvəl şərti azadlığa buraxılmasını məqsədə müvafiq sanmamışdır??? Baxmayaraq ki, Ədliyyə Nazirliyi yanında yaradılmış Monitor Komissiyasının 7 nəfər üzvü və 1 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən baş redaktorun azadlığa buraxılması, məqsədəuyğun hesab edilmişdir.
P.S. Qəzan mübarək, Bəy! Tanrı yar və yardımçınız olsun! Amin!
Osman Zəngəzurlu 


İstifadəçi paneli