Şəmkirdə minik maşın aşıb.

9-04-2020, 21:12

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
ASMEDİA.AZ-ın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndindən keçən hissəsində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü İsmayılov Ruslan Natiq ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli