HAQLILARIN VƏKİLİ-İSAXAN AŞUROV !!

9-07-2020, 18:55

Doğrunu hər yerdə söyləməkdir əsil ŞƏRƏF.
Yüz yıl alçaqca, Məzlumun haqqını yeyib, rüşvət çəlləyində qıcqırmış  məə-mırr;Əqidəsiz,satqın,satellit,buqəlamun-şenok kimi yaşamaqdan yaxşıdır ŞƏRƏFLİ ÖLMƏK və ya HƏBS  YATMAQ !!!
VƏKİL ərəbcə inanılmış mənasını kəsb etsədə,inanılasılar çox az,azdan da azdır.
Topraklarımızın işğalından həvəslənən geniş hakimiyyət resurslu hibridlər,Vətən-Toprak Sevdalılarının bir hissəsini Şərləyərək zindanlara doldurdu,bir hissəsi tərki Vətən oldu.
Son 28 yılda Azərbaycanda  real  inkişaf  etmiş sahələrdən birincisi geniş hakimiyyət resurslu sutenerin  istək və arzularını oxşayan Sifarişli həbslər,Şərləmələr,aqressiyalar sərhəd tanımadı...
İrtica tarix yazdı. İrtica illərinin tarixini...
Zalım öz arsenalını ictimai şüuru çaşdırmaq amacıyla təşkil etdiyi və şalvarının alt cibində saxladığı "müxalifət-dissident-ictimai-siyasi-fəal" şriftli namus alverçilərilə zənginləşdirdi...
Dövlətçilik İdeallarının,DƏYƏRLƏRİMİZİN  Qorunub saxlanılması NAMİNƏ -Təsisçisi və Baş Redaktoru olduğum Media Quruluşlarında  açıq tekstlə,adlarına yaraşanı yazarkən, Medianı öz gününə salmaq istəyən və salmış  Əli Həsənovun  ŞENOKLARI barəmdə imic-reputasiya formalaşdırmaq xülyasıyla daldalada,bir-birilərilə cütləşir,kürsəyə gəlirdilər...
Əli Həsənovda Məni dağıtdığı,viran etdiyi ölkəsinə problem olacağıma falçılıq etməklə,erməniyanlı ağsaqqalına məruzə etdikdən sonra,"dobro" alınır və "Azərbaycan-2020"-in yol xəritəsinin planı hazırlanır.
-Məndən 15 yaş böyük, "tanınmış vəkil"pasportumu aparır molluya kəbin kəsdirir,ardıncada məqsədinə catmaq üçün özünə şər atır və qapançının şenok mediasıda ənənəvi yengəlik edir...
-Həsənov mediasının ən yaraşıqlı,"savadlı  xanımı" Binəqədi Məhkəməsində 100 nəfərin gözləri qarşısında,ətəyini boğazına çəkir,yerə uzanır,məhkəmənin giriş qapısına "tərlan krantından"qan ifraz edir,03 aylıq uşağının tələf olduğunu ekspert  təsdiqləyir və eyni zamanda tərəfimdən şülküt olunduğunu şərləyir və yenədə Əli Həsənovun dekorasiyalarından am-şenok şurası yengəlik edir.....nə isə...
Bu və bu kimi yüzlərlə absurd-blef iftiralarla,məhkəmə şoularında istəmədən belə tərəf olarkən, tanınmış adlandırılan vəkillərlə üz-üzə gəlmişəm.
Vəkil-Vətəndaş-Vicdan-Ləyaqət-Dürüstlük-Mərdlik-Savadlı deyə biləcəyim 02 vəkil tanıyıram bu ölkədə.
Onlardan Birincisi,dəyərli  İsaxan Aşurovdur...
Girovluqda olarkən, Ona olan hörmətim apofeoza yetişdi.
Barəmdə toplanmış iftira krujevaları ilə tanış olan İsaxan müəllim,təbəssümlə:"İş materiallarında Sizi ittiham edəcək,sübut,əsas yoxdur.Bütün bunlar Sifarişçinin xoşuna gəlmək üçün düzənlənmiş nağıllardı.
Ən geci 01 ilə Azadlıqdasan !!!
İsaxan Müəllim eyni zamanda,Qürura,Mərdliyə dəyər verən kişidir.
8 Saylı həbsxananın rəisi Bəhram Qurbanovla aramda yaşanan problemlər ərəfəsində növbəti dəfə görüşərkən,durmadan gülürdü...
Onun ovqatına toxunmadan Məndə Çay içməyə başladım...
Gülüb qurtardıqdan sonra,bildirdi ki, ilk dəfədir görürəm ki,rəis xahiş edir ki, Məni Müvəkkilinə tapşır,Mənimlə işi olmasın.
Siz nə dediniz,sualına:Dedim ki, O həmişə müstəqil olub,öz hüquqlarını da yaxşı bilir.Mən sadəcə Nazim Quliyevə qohum olduğumuzu deyərəm,vəssalam.
Bəhram Qurbanovu otağa çağırıb,bildirdim ki, İsaxan Müəllimə Xatir problemi qapadıram.Lakin,düzünü deyin, barənizdə yazdıqlarım doğrudur,yoxsa qərəz var???
Bəhram Qurbanov:Doğrudur.Lakin Sizin doğru yazdıqlarınız hökumətin,bizim xoşumuza gəlmir.Nə hökumət qanunla işləməyi sevmir.nədə ki....
Siz yazırsız,baş idarə bir tərəfdən,prokurorluq da bir tərəfdən gəlir,qanunu soyub gedirlər....
İsaxan Müəllimin Böyüklüyü həmdə Onda idi ki,analoqsuz rejimin ömrünə özünün,nəslinin ömrünü qatan və 28 yıldır ki,hər kəs tərəfindən istifadə edilib atılmış və rejimin  stiqmaladığı (medal) "müxalifət" ayamalı bütün alçaqları tanıyırdı,qeybətlərini,siyasi mərsiyələrini rədd edirdi...
Qəbrin Nura Bürünsün!!!
RƏBBİM  dualarımızı qəbul etsin!!!
ALLAH  SİZƏ  RƏHMƏT  ETSİN  İSAXAN  AŞUROV!!!
SİZ  MƏNİM  YENƏDƏ  VƏKİLİMSİNİZ !!!


İstifadəçi paneli