ARXADA QALMIŞ GƏLƏCƏK..........!

9-07-2020, 19:58

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq: 

Əsgərlik və Tələbəlik illərimi həyatımın  ən önəmli Səhifəsi hesab edirəm.
Nədənsə bizdə  bəzi  sahələrdə olduğu kimi Valideyinlər hərbi Xidmətə Oğullarını yola salarkən, xüsusi neqativlərlə yükləyirlər!?
Məsələn-"ay oğul,çalış ki,Səni söysələrdə belə baş qoşma !;Bizi fikirləş! və.s....
Çox vaxtda,rüşvət verib övladlarına saxta hərbi bilet  alırlar və ya "Stroybata"saldırırlar....
Bu  gün Vətənə-Dövlətə-Xalqa təmannalı "sevginin" köklərinin inkişafı bu məqamlardada özünü biruzə verir...
1988-ci ildə Akademiyanın 2-ci kursundan Bizidə hərbi Xidmətə göndərdilər! 
Biləcəri toplanış məntəqəsində qələbəlik hökm sürürdü.
Valideyinlər  Övladları Xatirinə, hərbi mundirli dələduzlara uduzurdu.Yalançı vədlər,saxta tapşırıqlar....və.s...
Ayağımın altı düz olduğunu bəhanə gətirən "həkim" ATAMA  yaxınlaşıb, müəyyən məbləğin fonunda Məni  "yaxınlara-stroybata"göndərmək imkanlarını şərtləndirir.Doğrusu çox mütəəsir oldum ki,hətta Dövlətə Xidmət borcuda bu ölkədə alqı-satqı predmetidir.
Üç gündən sonra yenədə gəlməli idik.Vaxt ərzində Ərizə  yazıb ATAMA vəd verən paqonlu dələduza təqdim edərkən ki, Əfqanıstanda  xidmət etmək istəyirəm, O: Müəllimlə danışmışıq Əfqanıstanda sənin nə işin var!!!
Artıq ATAM-dan gizli müəyyən aqresiyalar yarada bilmişdim ki,SSR-nin ən qaynar məkanlarından birində döyüş hissələrinə düşüm və nə isə öyrənə bilim!
Artıq Mən başımı qırxdırıb, görüşmək üçün ATAMA yaxınlaşanda,O hər şeyi bildi və yaxşı yol deməkdən başqa sözü qalmadı...!
Hərbi Xidmətimin 06 ayını  Qorki Vilayəti,Dzerjinski rayonu Mulina qəsəbəsində yerləşən Artilleriya briqadasında təlimdə,06 ayını  ADR-də Artilleriya briqadasında başa vurmuşam.
ADR-də 85 Azəri,12 erməni qulluq edirdi.
Həm Divizionun Starşinası,həm də Millət başçısı olduğumdan, kombriq Polkovnik Banderenka ilə dostluğum yaranmışdı və sözümü eşidirdi.
Hər həftənin bazar günü Viştokun Malina meşəliyində Millətin toplantısını keçirirdim və müəyyən söhbətlər edirdim Ki:Bizdə Müharibə gedir,Döyüş taktikasını,Arudiyanın-priçelin-ponaramanın sirlərini öyrənməliyik!!!
Bunları mükəmməl bilməkdən ötrü ya novodçik,yada ki,komandir olmaq vacibdir.və.s....
Lakin yerlilərimin fikirlərini eşidərkən,dəhşət Məni boğurdu.
Məndən,Xahiş edirdilər ki,onları koptiyorkaya,stalovaya düzəldim....
Lakin,12 ədəd erməninin hamısı serjant-Starşina statusunda Öndə durmaları Məni üzürdü.Tabeçiliyindəki azərilərə istədiyi  əmri verə bilirdilər.
Ermənilərlə aramda yaşanan insidentə görə,ermənilər istədiklərini yedilər və hamısı hərbi hissədən başqa yerə köçürüldükdən sonra,Kombriq Banderonka  Bizi  kluba yığıb,Millət  adına Xoş sözlər söylədikdən sonra,üzünü Mənə tutub 10 nəfərin adını yaz ver 20 günlük Bakıya ezamiyyə göndərim....
Sonda Məndən başqa nə umacağınız varsa söyləyin Soruşarkən:Biləsuvarlı Mamıyev (BDU-nin tələbəsi) ayağa qalxıb nə desə yaxşıdı !?
Şərait yaradın ansanbl yaradıb,konsertlər verək deməsi  Kombriqdə ironik gülüşlərə səbəb oldu.
Başları,  Çalıb-Oxumağa  qarışmış bir Millət sonunda  mərsiyə deməyə məhkumdur.
Dedilər ki,Şuşa Azərbaycanın Mədəniyyət Qalasıdır, ermənilər Qalanı paytaxt etdi.
Mədəniyyət nazirliyinin 26 illik mədəniyyətsizcəsinə  dövlətdən-Xalqdan çaldıqları gündəmi zəbt etdi....
Ataloqsuz-sonaloqsuz  Ölkəmizdə  atasından-qardaşından-ərindən başqa hər kəsə xidmət edən yüyənsiz-pozuq əm-əkdar,xalq-sız "fəxri" mütrüf naxırının  ağızları ilə Şuşanın dağlarını,Qarabağı,irəvanı vəsv edirlər!
QARABAĞ-ŞUŞA-GÖYÇƏ-ZƏNGƏZURUN  XİLASI,28 yıldır ki,ermənizmin atalığı altında yetim "böyüyən" oğulların-1700 nəfər  girovluqdakı qadınların qisası-mütrüflərin, boşboğaz-analıq-atalıq hissini qanmayan abort elmlər üzrə fəlsəfə doktoru,yaltaloqların,Qarabağ Qazilərini şərləmək üçün mövsümü istifadə edilən və Sutenerin arsenalındakı "ictimai-siyasi" QıF-ların  sürtük ağızları ilə alınmaz!!!
Dövlətlə bacarmaq üçün Dövlət olmaq lazımdır!
Hərbi siyasətdə niyyət deyil,potensial vacibdir!
Toprak su ilə qarışanda palçıq,qanla qarışanda VƏTƏNDİR!!!


İstifadəçi paneli