7 YAŞLI İCRASIZ QALMIŞ QƏTNAMƏ.....
Keçmiş Siyasi və Vicdan məhbusu,Qarabağ Qazisi, İdeal Holdinqin Sahibi Nazim İdeal, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Müraciət ünvanlamışdır.
Müraciətdə deyilir:
Sizdən gizlədilən və ya yalan satılan Qanunsuz-Dövlətsiz-Sahibsiz İnsanlığa,İnsan və Vətəndaş hüquq və Əsas azadlıqlarına sahib çıxın ki,gestopizm-amoralizm-rüşvət-korrupsiya-məmur dərəbəylikləri özünü dövlət sanmasın!
Bilinsin ki,anarxiyanın,xaosun kəməndinə salınmış Azərbaycan Respublikası adından çıxarılmış, 06.03.2014-cü il, 2(103)-1526/2014 saylı, "QƏTNAMƏ" 7-ci ildir ki, Hüquqi-dövlət və rüşvət çəlləyində qıcqırmamış məmur axtarışındadır!
Yüzlərlə müvafiq dövlət qurumlarının rəhbərlərinə etdiyim "müraciət"lər Gülyaların,Sevaların,Aykaların cavab atəşlərilə hüquqi dövlətə totalitarizm rəqsi oynatmaqdadır.
Başları mədələşmiş rüşvətxor məmurlar tərəfindən hörmətsiz və nüfuzsuz hala salınmış Azərbaycan Respublikası Konstitusiyasının 129-cu;
MPM-in 15.2-ci;
"İcra haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən,Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...!?
Borclu-"am"şurasının üzvü,"meridian", "dövlətçilik" qəzetlərinin baş redaktoru Mustafayev Hüseyn Əziz oğlu, Prezidentin Təhlükəsizlik Xidmətinin Rəisi,general polkovnik Cənab Bəylər Əyyubov tərəfindən göndərildiyini bildirməklə,sifarişli həbsimin həlli üçün baş prokuror Qaralov Zakirə ödəniləcək 30.000 ABŞ dollarını aldadaraq alıb,problemi 10 gün ərzində həll edəcəyini vəd edib yoxa çıxmışdır...
Faktla bağlı bütün dövlət orqanlarına etdiyim "müraciət"nəzarətə götürülüb, MCQMBİ-nə araşdırıb hüquqi qiymət verilməsi həvalə edilsədə, heç bir nəticə hasil olmadı,əksinə haqq qazandırılıb,müdafiə edildi !!!!
Polis,Prokurorluq orqanlarının diskriminativ opologiyasının ardınca Nəsimi məhkəməsinin "hakimi" Qafari Səyyad da Əzizoğlunun əməllərinə əziz-xələfi münasibəti sərgiləsədə,
Bakl Apellyasiya Məhkəməsinin Hakimi Namiq Cəfərov Ədaləti qisməndə olsa təmin edərək, Qafarinin 12.12.2013-cü il tarixli qondarma qətnaməsini ləğv edərək,Mənim İddiamı təmin etmiş və Ali Məhkəmədə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 06.03.2014-cü il tarixli, Qətnaməni qüvvəsində saxlamışdır.
2014-cü il tarixdən Qətnamənin icrasına məsul,Nəsimi İcra şöbəsi Cavabdehlə bağlı hər hansı bir tədbir görməmiş və hər hansı ödəniş etdirməmişdir.
Konstitusiyaya Əsas-Ana qanun deyib,ondan ayağı sürüşkən qadın kimi 7-ci yıldır ki, istifadə edilməsi,siyasi-hüquq konsepsiyanın hansı tərkib hissəsinə daxildir?
Niyə? Mənim əməyim,qanunla qorunmalı olan Mülkiyyət hüququm başqasının sərvətidir?
Qanunlar yalnız geniş hakimiyyət resurslu konsentrik-korrupsionerlərin vəziyyətini yaxşılaşdırmağa xidmət edirsə bu təsisatın adı niyə dövlətdir ?
Bundan sonra,daha neçə il tövlə təfəkkürlü məmurlara dövlətçilik,qanunçuluq,İnsanlıq dərsi keçməliyəm?
Bunları dövlət idarələrinə dürtüşdürən və uzun illərdir ki,milli sərvətlərimizi,milli dəyərlərimizi həzm-rentabedən keçirən iri buynuzlu prototip başa salmır ki, heç olmasa dövlət adından qəbul edilmiş "Qətnamədən" mənfəət güdməsinlər!
Bu yaşananlar Azərbaycanda,Bakıda baş verir.
Bunların heç birini hər hansı erməni lobbisi törətmir.
Törədənlər ermənikökənli, ermənibaşlı azərbaycanlı bobbilərdir.
2(103)-1526/2014 saylı, 06.03.2014-cü il tarixli QƏTNAMƏNİN bu günə kimi icrasız qalması, eyni zamanda Qürur, Milli Kimlik, Hökumətin mahiyyəti, Dövlətin siması məsələsidir.