QƏZADA POLİS BAŞINI İTİRDİ...

18-08-2020, 00:33


 Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub. 
Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər. 
Dəhşətli qəza zamanı Elnur Çağırovun başı bədənindən qopub, qızın isə cəsədi  tanınmaz vəziyyətə düşüb. 
Qəzadan sonra məlum olub ki, həlak olan Çağırqanov Elnur hüquq-mühafizə orqanlarında, Süleymanzadə Ləman isə "Asan Xidmət"də çalışırmiş.


İstifadəçi paneli