Xaçmazda ər və arvad dəm qazından boğulub öldü

11-12-2020, 11:54

Xaçmaz rayonunda dəm qazı iki nəfərin ölümünə səbəb olub.
İdealmedia.az əldə etdiyi məlumata görə, hadisə rayonunun Qobuqıraq kəndində qeydə alınıb.
Kənd sakinləri, 1956-cı il təvəllüdlü Vəlibəyov Balaverdi Qərib oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəlibəyova Nəsibə Xanlar qızının yaşadıqları evdə meyitləri tapılıb.
Onların dəm qazından zəhərlənərək öldüyü bildirilib.


İstifadəçi paneli