Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

9-01-2021, 10:26

Gürcüstanın Azərbaycanla sərhəddə yerləşən Kaxeti rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Milli  Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin episentri Qurcaani şəhərinin yaxınlığında yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.


İstifadəçi paneli