NAZİM İDEAL: XAİNƏ MƏRHƏMƏT EDƏN, MƏSUMA XƏYANƏT EDƏR!

17-01-2021, 11:45

Hərşeyşünas mövsümü "politoloq"ların absurd bleflərinin çalarlarından asılı olmayaraq, stiqmalandırılmış ("medal") adamların böyük əksəriyyəti əslində satqın olduqlarını mesajlayan şərtlərdəndir. 

Bu sıralamada Vladimir Putinin medalla de-şifrələmələri xüsusi əhəmiyyət kəsb edir.

Mövcud subyeklər əhəmiyyətli dərəcədə taleyüklü məsələlərdə öz cəsusçuluq missiyalarını məharətlə icra etməklə yanaşı, dövlətə və Xalqa qarşı törətmiş olduqları xəyanət açıq və cəzasızdır.

Ölkəmizdə Vətəndaş qarşıdurması, etimadsızlıq mühitinin formalaşması, Şəhid-Qazi-Veteran Ailələrinə , sıravi vətəndaşlara sərgilənən diskriminasiya , ikili standartlar universal ssenari üzrə atılmış və satılmış yüyənsiz QıF və fərari yaramazlardan ibarət "ictimai -siyasi fəal" adlı şər-böhtan kolleksiyası yaradaraq, taleləri üzərində despotizm rəqsi oynamışlar.

Hesab edirəm ki, cənab İlham Əliyev artıq bu barədə mükəmməl bilgiyə malikdir və xəyanəti bağışlamamalıdır.

Eyni zamanda milyonların fonunda ortaya çıxardıqları am şenok mediası öz "ailələrinin" sevincindən başqa heç kəsə lazım olmayan, lakin kəsilib atılması zəruri olan appendiks və ya absesslərdirlər!

30 yıllıq yaradılmış erməni mifinə 30 gün ərzində son vermək cəsarəti olan dövlətimiz və ordumuz, dövlət içərisində mənfur dövlətlərinin bazisini möhkəmlətmiş konsentrik dairələrin yerini göstərməlidir!

Çünki Biz Dövlət-Xalq olaraq güclüyük.

Dövlətimizi və Xalqımızı gücsüz və hörmətsiz edən məhz uzun illər boyu hakimiyyətdə kök salmış erməniyanlı, rusbaşlı dabanyalayanlar və onların iradəsinin lakey icraçılarıdır!








İstifadəçi paneli