“Gözlə bizi, can Azərbaycan”

1-12-2019, 20:01

Xəbər verdiyimiz kimi, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu Bakıda keçirirəcək.
Asmedia.az-ın n məlumatına görə, bununla bağlı türkiyəli millət vəkili Binəli Yıldırım şəxsi tvitter hesabında paylaşım edib.
"İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbrsizlənirəm. Gözlə bizi, can Azərbaycan",-deyə sabiq Baş Nazir paylaşımda qeyd edib.
Qeyd edək ki, Türkiyə - Uels matçı 17 iyun tarixində, İsveçrə - Türkiyə qarşılaşması isə ondan 4 gün sonra baş tutacaq.


İstifadəçi paneli