Topraklarımızın, milli mənəvi dəyərlərimizin, dövlətçilik ideallarımızın, qanunlarımızın, İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının işğaldan azad edilməsi uğrunda apardığım mübarizə qarşısında duruş gətirə bilməyən erməniyanlı, rusbaşlı, geniş hakimiyyət resurslu başı boş hüdudsuzlar arsenallarındakı istifadə limitləri tükənmiş son dərəcə əxlaqsız, kütlə "şüuruna ictimai siyasi" fəal kimi sırıdıqları şansanetkaların arxasına arxa olaraq, çörəkləri amoralizmdən çıxan marginal orqanların icraçılıqları ilə təkcə dövlət büdcəsini, Xalqımızın sərvətini deyil, azadlığımıda oğurladılar.
Oğurçular, qanun-namus alverçilərilə qeyri-bərabər döyüş poliqonlarında, ATAM TELMAN QULİYEVİN varlığı daima Mənə qalibiyyət yaşatdı.
Hər dəfə hökumətlə vətəndaş arasında gedən döyüşdə hökumət məğlub oldu.
Mənə qarşı keçirilən hüquqi kazuslar dönəmində ölkənin baş prokuroru qaralov za-kirin: "...Niyə vəzifəli şəxslərdən yazır, onlardan yazmaq cinayətdir" kimi sərsəm düşüncələrini cavablandırarkən:
- "bu ölkənin baş prokuroru deyilsən, baş cinayətkarısan.Vəzifəli şəxsin qanunsuz əməllərini de-şifrə etmək nə vaxtdan cinayət hesab olunur?!" cavabı hələdə korrupsionerlərin ən bahalı sırğası kimi qulaqlarından açılmayıb.
Atam Mənə görə 5 dəfə Prezident İlham Əliyevlə görüşərkən, Ramiz Mehdiyevin arxalıq etdiyi vəzifəli şəxslərin ona necə xəyanət etdiyini sübut etdi...
Və həftənin bazar günü heç bir məhkəmə qərarı olmadan Məni girovluqdan xilas etmişdi.
08 fevral 2007-ci yıl tarixdə Atam bizimlə vidalaşdı.
O, bizimlə vidalaşsa da, 14 yıldır ki, heç birimiz onunla vidalaşa bilmirik.
Əvvəlkindən daha çox sevinirik!
Əvvəlkindən daha çox dediklərinə qulaq asırvə məsuliyyətimizi hiss edirik.
Xalqım-Vətənim-Dövlətim Naminə oğurlanmış azadlığım Mənə əsla təsir etməyib. Qədər ALLAH...
Təsirsiz ötüşməyən iradəmdən asılı olmayaraq onunla görüşmək imkansızlığım idi.
11 yıldır ki, kriminal-korrupsionerlərin "mülahizə və ehtimal" qaydaları imkan vermirdi ki, onunla 5-cə dəqiqə söhbət edim!!!...
Hər bir övlad Qürurlu-Mənlikli həyat kredosunu Atasından götürür.
Digər oxşatmalar zəiflərin simulisiv düşüncəsidir.
Atam təkcə Övladları üçün deyil, qohumlar, el-obamız üçün çox diqqətcil və fədakardı...
Atamın bu namərd-yalan-xain dünyadan tez köçməsinin səbəblərindən birincisi-Mənə və günahsız İnsanlara sərgilənən namərdliklər...;
İkincisi, Vətən həsrəti oldu!
Çün ki. hər gəzib-dolaşdığı məkanda xeyirxah izi, şərəfli üz qoyub.
İndi onun məzarını tanımadığımız İnsanlar fəxrlə ziyarət edir, qürurverici söhbətlərini eşidirik.
Vəsiyyətlərini, Xarakterini son nəfəsimə qədər mükəmməl yerinə yetirəcəm!
Məkanımdan asılı olmayaraq hər yerdə Adını, Vətənimizi uca tutacayıq!
Ruhun, Könlün şad olsun ATA!
Qarşında baş əyirəm!