Tarix dərsindən 2 alan şagirdlər şərəfli tarix yazdıqları kimi, tarix fənni qarışıq bütün fənlərdən əla qiymətlər alan təminatlı məmurların övladlarıda real olaraq tarixin-vətənin sınağından sınıq-fərari olaraq çıxdılar.
Faciəvi tendasiya budur ki, tarix yazan zabit-əsgərlərimizə olan diskriminasiyalar yenədə açığa vurdu...
Cəng meydanında tarix yazan igidlərimiz, zəfər günündə dəyərləndirmək yerinə, iynə-dərman, sosial problemlərlə üz-üzədirlər...
Kabinetlərdə oturub, qanun-insan-namus alverçiliyi ilə ənənəvi məşğul olan konsentrik dairələrsə yenədə dəmir-taxta medallarla yüklü edildilər. Nə isə...
Məni düşündürən və qayğılandıran əsas məqam budur ki, olum-ölüm anlarında düşmənlə üz-üzə duran Şəhid əsgər və Qazilərimiz layiq olduqları ən ali mükafatla nədən təltif edilməsin?
Gözlərinin nurunu, Qollarının-Qıçlarının taqətini VƏTƏN NAMİNƏ qurban vermiş cəsur döyüşçülərimiz haqq etdikləri mükafatlarını almalıdırlar!
Buda şou-biznes əcaib kulisi deyil ki, fonoqrammadan başqa birdə, xədim məmurlara araçılıq missiyasına görə mütrüfə fəxri adlar verilsin;
Buda "media" cameəsi deyil ki, hər döngədə könlünü-ruhunu-cismini satışa çıxarmışlara fəxri adlar verilsin;
Buda...
Heç olmasa qanla-canla alver etməyin!
Şəhidlərimiz-Qazilərimiz Bizim ruhumuzda simvollaşmış əbədi qəhrəmanlarımızdır!