NAZİM İDEAL: Kriminal korrupsionerlərin dövlətdən və xalqdan oğurladıqlarının bədəlini, su-çörəklə imtahana çəkilən hüquqsuz Xalqmı ödəməlidir?

18-02-2021, 12:17

Bakının, Sumqayıtın, Abşeronun hər küçəsi, hər dalanı "MƏN KORRUPSİONERƏM"  deyir.

Bir nəfər layiqli iş adamı tapılmadığı halda, məmurların milyarderə çevrilməsi hansı yazılmamış qanunun tələbidir?

2005-ci yıldan qanuni qüvvəsini almış MM tərəfindən qəbul edilmiş gəlir deklarasiyası haqqında qanunu qüvvətsiz edən hansı amildir?

Nədən heç bir sübuta ehtiyacı olmayan, məə-mırr-ların aşkar surətdə törətdikləri və törətməkdə davam etdirilən cinayətlərinə hüquqi qiymət verilmir?

Alçala-alçala "yüksələn" zombi-debil məəmırrın  oğurladıqları milyonlar NİYƏ? geri alınmır?

Despotizm fəlsəfəsi üzrə qaldırdığınız gündəlik təlabatların keyfiyyətinin günbə-gün iflasa uğradılmasının səbəbkarı kimdir?,nədir?

Dövlət  Xalqın ortaq təsisatıdırsa,Niyə? eyni sistemin daxilində istismar edən və edilən var?

Niyə? halal İnsanların əməyi,haramzatların,vələdzinaların sərvətinə çevrilməlidir?

Təklif edirəm ki,kütlə şüuruna sırınan məəmırr həbslərinin tragikomediya səhnələrinə son verilsin!

Paranomiklərin düşündüyü qədər də Xalq cahil deyil.

Səlimi, Rasimi, Vilyamı...,tutub, əlini, renanı, za-kirliləri........, məsuliyyətdən kənarda saxlamaq hüququ kazusu çox eybəcər və aşağılanmış şəklə salır.

Qanunun heç bir müddəasında, kimisinə cəza kimisinə imtiyaz verilməsi kim hal mövcud deyil !

Xalqdan,Dövlətdən oğurlanan,talanan pullar geri qaytarılmalıdır ki, Xalq öz sabahlarını neqativ surprizlərlə açmasın !

Bu cür həbslər bir qrupun varlanmasına hesablanmış universal ssenari olsa da,uduzan və ümidsiz vəziyyətdə qalan yenə də zavallı Xalq olur.
Vətəndaşı aldadan MMC rəhbərinin həbs edilməsi Vətəndaşa nə verir?

Ona vurulmuş maddi-mənəvi ziyan qaytarılırmı?

Dövlət büdcəsinə milyonlarla ziyan vurmuş hansı məəmırr həbs edildikdən sonra,oğurladıqlarını dövlət büdcəsinə qaytarıb?
Varmı belə nümunə...

Əslində bütün bunlar həbsin simulisiv variantlarındandır!

İki qılçasını Vətən uğrunda itirmiş QAZİ  əvvəllər törətdiyi 1000 manat civarında oğurluğa görə 2 il azadlıqdan məhrumetmə cəzası ilə mükafatlandırılır,
500.000 manat büdcəni talayan cinayətkar çetenin üzvüləri isə məsuliyyətdən azad edilir !

Bunun adı nədir?
 
Ataloqsuz diskriminasiya,yoxsa xədimin qanunlar üzərində dominantlığı...!?

Konstitusiyaya ANA qanun deyib,ondan ayağı sürüşkən anaları kimi istifadə edənlər nə etdiklərinin fərqindədirmi???


İstifadəçi paneli