İranda güclü zəlzələ olub

18-02-2021, 12:42

İranın cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.
ASmedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Xidmətinin əməkdaşı Mojtaba Xaledi bildirib.

İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib. Zəlzələ daha çox Sisaxt şəhərində hiss edilib.

Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib. Yerli mətbuatın yazdığına görə, bölgədə elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaranıb.


İstifadəçi paneli