Xəlifə Haftar Türkiyə barədə gözlənilməz təlimat verdi

18-03-2021, 11:53

Türkiyə bayrağı altında üzən gəmilər Liviyada Xəlifə Haftarın nəzarətindəki limanlara daxil ola biləcək.

Bu barədə Xəlifə Haftar özü göstəriş verib. Məlumata görə, Haftar nəzarətindəki dəniz qüvvələrinə bununla bağlı yazılı təlimat göndərib. Qeyd edək ki, buna qədər Haftar Türkiyə bayrağı altında üzən gəmilərin hədəfə alınmasını əmr etmişdi.


İstifadəçi paneli