NAZİM İDEAL:Cəmiyyət Novruza bayramsız qatılır.

20-03-2021, 10:23

Novruz bayramı təkcə şəkərbura,paxlava,səməni atributlarını gözəgəlimli yerlərdə düzənləyib  süni statistik hesabat verməkdən ibarət deyil.

Novruz oyanışın,arzuların yeniliyi,umküslərin sonuna yetməsinin başlanğıcı kimi yaddaşımızın yaşıdına həkk edilib.

De-fakto,de-yure cəmiyyət Novruza bayramsız qatılır.

9 günlük bayram günləri bir çox ailələrdə doqquz aylıq sancılarla keçirilir.

Çün ki, qanunlar rüşvətə 9 aylıq hamilədir...

Vətəndaşın gözləri önündə canlanan səməni,fındıq-qoz deyil,qozun-fındığın içərisindən deformasiyaya uğradılmış İnsan haqları fundamental konstitusion hüquqları azadlıq istəsədə, səsinin-ününün heç yana yetməməsi faciəsidir.

30 yıllıq həsrətə son qoyan, ölümün üzərinə şığıyan və namus ləkəsini təmizləyən qürurlu-yaraşıqlı oğullarımızın Vətən uğrunda gedən döyüşlərdə itirdikləri sağlamlıqları üzərində xəstə səhiyyə sisteminin ağ xalatlı namus alverçilərinin oynadıqları rüşvət spekulyasiyasıdır.

Xalqın,Vətəndaş cəmiyyətinin sözünü deməli olan "media-siyasət" cameəsini avtobuslara doldurub Ağdam-Ağcabədi mal bazarında alqı-satqı predmetinə çevrilmiş naxıra sərgilənən münasibətin açığa vurması perversiyasıdır.

"Millət Vəkili" statusunu milli qoyunlar qədər Xalqa xeyir verə bilməyən dub-tata  6.000, Qarabağ Veteranlarına 80 manat verən zombinin "sosial müdafiəsi siyasətidir"....!?

Haqqını-varlığını, başına açılan faciələri rəsmi dövlət qurumlarına İNTİHARLA  çatdırmağı çıxış yolu seçmiş Vətəndaş ümidsizliyidir...

Yaltaq-yalaqlardan, atılmış-satılmışlarıdan trol dəbilqəsi  düzəldib, haqqa-ədalətə qarşı fısqırmaq tendensiyasıdır...

Kişi olaraq özünü təsdiq edə bilməyənlərin, hakimiyyət resurslarına güvənərək,dövlətin və xalqın sərvətlərini dəvəquşu sayağı həzm rabedən keçirən başı boş məsuliyyətsiz hüdudsuzların  Xalqın taleyinə məsul edilməsi tragediyasıdır...

Bütün sferalarda İnsan və Vətəndaş hüquq və Əsas azadlıqlarının, mənən azad olmayanların,direktivlərin yolunu qarson müştərinin yolunu gözləyən kimi gözləyən maygülü-qaquliklərin səlahiyyətlərinə daxil edilməsi paranomiyasıdır...

NƏ  İSƏ...

Gözləri Novruz süfrəsində, xəyalları ümman dumanında çənə bürünüb yoxa çıxan,Bahar gözəlliklərinin ətrini dərdlərilə qarışıq salan Xalqımın Novruz Bayramını təbrik edirəm!


İstifadəçi paneli