Azərbaycanda şagird məktəbin üçüncü mərtəbəsindən yıxıldı

29-05-2021, 12:50

Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.
Hadisə Texniki Humanitar Liseydə baş verib.

Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.

Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli