Avropa Şurası Belarusa məxsus hava yolları şirkətlərinə sanksiya tətbiq edilməsi barədə razılığa gəlib.
27 ölkənin razılığına əsasən Belarus şirkətlərinə məxsus təyyarələr Avropa Birlyinin hava məkanına buraxılmayacaq. Həmçinin, Avropa ölkələri Belarusun hava məkanından istifadə etməyəcək. Rəsmi açıqlamanın yaxın saatlarda olacağı gözlənilir. Həmçinin Belarusa qarşı sərt iqtisadi sanksiyaların da tətbiq ediləcəyi istisna edilmir.
Qeyd edək ki, politoloqların iddialarına görə, prezident Aleksandr Lukaşenko şəxsi əlaqələrindən istifadə edərək, sanksiyaları əngəlləməyə çalışırdı. Minks bu məqsədlə Rusiyadan da kömək istəyib.
Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi bəhanəsilə qırıcının müşayəti ilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.