Rusiyada yoluxmada yeni rekord qeydə alındı

6-11-2021, 20:16

Rusiyada koronavirus infeksiyasına son sutkada 41.335 nəfər yoluxub.

AS Media.az xəbər verir ki, Rusiya Operativ Qərargahı bunun yeni rekord səviyyə olduğunu açıqlayıb.
Son sutkada koronavirus infeksiyasından 1188 nəfər ölüb və bununla da bu virusdan ölənlərin ümumi sayı 245.635 nəfərə çatıb.
Qeyd edək ki, koronavirusa yoluxmada kəskin artıma görə Rusiyada 30 oktyabrdan 7 noyabra qədər tətil elan edilib. Buna baxmayaraq, yoluxma artmaqda davam edir.


İstifadəçi paneli