Bakı Slavyan Universitetinin Baş mühasibi niyə vəzifəsindən azad edilir?
Bakı Slavyan Universitetinin Baş mühasibi niyə vəzifəsindən azad edilir?
Bu barədə Hesablama Palatasasında çalışan və adının açıqlanmasını istəməyən mənbəmiz məlumat verib.
Qeyd olunur ki, işində yol verdiyi ciddi nöqsanlara və vəzifə səlahiyyətlərini aşdığına görə dəfələrlə xəbərdarlıq almasına baxmayaraq Zemfira Aslanova rüşvət müqabilində və yüksək vəzifədə işləyən tanışlarının dəstəyi ilə vəzifədə uzun müddətdir ki, qalmaqdadır. Bunun üçün Zemfira Aslanovanın həmin universitetin Əlavə və qiyabi təhsil şöbəsinin hazırda cinayət məsuliyyətinə cəlb olunmuş sabiq dekanı Dürdanə Əliyevanın yaxın çevrəsindən dəstək əldə etdiyi bildirilir. Bunun müqabilində Zemfira Beytulla qızı Aslanova rüşvətə görə həbs olunmuş Dürdanə Əliyevanın ən yaxınlarından hesab olunan Vəfa Allahverdiyevanın və digərlərinin ödənişli əsaslarla oxuduqlarına baxmayaraq uzun müddət universitetin büdcəsinə təhsil haqqı ödəməməsinə şərait yaratmışdır.
Mənbənin bildirdiyinə görə, Zemfira Aslanova himayə etdiyi Vəfa Allahverdiyevanın xeyrinə bir çox bank əməliyyatlarında da saxtkarlıqlara yol vermiş, ayrı-ayrı müəllimlərə əlavə maaş yazdıraraq gəlirlərini onunla bölüşməyə təhrik etmiş, əvəzində xüsusi dostluq münasibətində olduğu tanışlarından “geniş hakimiyyət” əldə etmişdir.
Zemfira Aslanovanın at oynatdığı Bakı Slavyan Universitetində ən çox əziyyət çəkən isə sıravi müəllimlər olmuşdur. Belə ki, həm ştat üzrə fəaliyyət göstərən pedaqoqlar, həm də saathesabı qaydada dərs deyən müəllimlər 5 ilə yaxındır ki, respublika üzrə ali təhsil müəssisələri arasında ən az əmək haqqı alırmışlar. Maraqlı məqam budur ki, yüzlərlə müəllim bu özbaşınalığa şahidlik etsələr də yuxarı instansiyalara şikayət etmək istərkən işdən çıxarılacağı ilə bağlı hədələnmişlər.