Bakıda avtomobil ana və iki yaşlı qızını vurub

6-09-2022, 10:14

Bakıda avtomobil ana və qızını vuraraq xəsarət yetirib.
Hadisə Nizami rayonunda qeydə alınıb.
“Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında 1989-cu il təvəllüdlü Süleymanova Roza Abbas qızı və qızı, 2020-ci il təvəllüdlü Süleymanova Mələk Elşad qızı yolu keçərkən avtomobil onları vurub.
Yaralılar təcili tibbi yardım avtomobilinin köməkliyilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Süleymanovaya açıq kəllə-beyin travması, M.Süleymanovaya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli