“7 dost qucaqlaşıb özlərini partlatdı” – Hadrut GERÇƏKLƏRİ

11-04-2023, 12:48

Onlar adlarını bu qoca dünyanın yaddaşına öz qanları ilə yazmış igidlərdir. Bir anadan doğulmasalar da, doğma qardaşdan daha yaxın, ölərkən qanları, cisimləri bir-birinə qarışmış, şücaətləri ilə düşməni belə heyran qoymuş  yeddi şəhid, bir qazi oğuldan danışacağıq. 8 qəhrəman barədədir bu dastan. 

Hadisə 1997-ci ildə, atəşkəs dövründə baş verib. Düz 26 il əvvəl. Uzun müddət Azərbaycanda çoxlarının onların qəhrəmanlığından xəbəri olmayıb. Hadisə gizlədilib, sirr kimi saxlanılıb. Amma “heç nə unudulmur, heç kim yaddan çıxmır” deyən adam haqlıymış. Onlar da unudulmadılar. 8 oğulun qanı tökülmüş torpaqları ziyarət etmək üçün sübh tezdən yola düşürük Yolumuz Hadrutadır. Yol yoldaşlarımız  8 igidin ailə üzvləri, onlar haqqında “Əbədi yaşayanlar” adlı kitab yazmış jurnalist Jalə Cəfərova, bu igidləri yetişdirmiş komandir,  bir zamanlar Xüsusi Təyinatlı Kəşfiyyat Qrupunun N saylı hərbi hissə komandirlik edən, ehtiyatda olan polkovnik Xətai Baxışovdur. Öz dediyinə görə, yetirmələri arasında çoxlu sayda yüksək rütbəli zabitlər var və onlardan biri də  general-leytenant Mayis Bərxudarovdur. Səfər zamanı onunla da görüşmək qismət olacaq.


İstifadəçi paneli