İndoneziyada zavodda partlayış: 12 ölü, 39 yaralı

24-12-2023, 15:38

İndoneziyada nikel emalı zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub.

Asmedia.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi sənaye parkının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 39 nəfər də yaralanıb.

Partlayışın təmir işləri zamanı baş verdiyi qeyd edilib.


İstifadəçi paneli